"İmişli" 2 futbolçu transfer etdi

"İmişli" 2 futbolçu transfer etdi

"İmişli" növbəti transferlərini açıqlayıb.

"Mediasport" xəbər verir ki, bölgə klubu 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə 1 illik müqavilə imzalayıb.

Fərid karyerası ərzində "Slavia" (Praqa, Çexiya), "Viktoria Zizkov", "Turan Tovuz" və "Səbail" klublarının formasını geyinib.

Onun sonuncu iş yeri "Kəpəz" olub.

Əyalət təmsilçisi Azərbaycan milli komandasının üzvü, 29 yaşlı mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə də 1 illik sözləşməyə imza atıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış edən Bəxtiyar son olaraq "Araz-Naxçıvan"ın uğurları üçün çalışıb.