Azərbaycan Premyer Liqası: 2025-26 mövsümü heç-heçə ilə başlandı

Bu gün Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər futbol mövsümü start götürüb.
"Mediasport" xəbər verir ki, 12 komandanın mübarizə aparacağı çempionatın birinci turunun ilk oyun günündə "Karvan-Yevlax" - "Qəbələ" matçı keçirilib (1:1).
Turun digər qarşılaşmaları 16-17-18 avqustda baş tutacaq.
Azərbaycan Premyer Liqası. 1-ci tur
15 avqust (cümə)
"Karvan-Yevlax" - "Qəbələ" 1:1
Qol: Murad Musayev, avtoqol, 78 - Domi Massumo, 54
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu.