"Turan Tovuz"un yola salacağı futbolçulardan biri dəqiqləşdi

"Turan Tovuz"un yola salacağı futbolçulardan biri dəqiqləşdi

Yayda "Turan Tovuz"u tərk edəcək futbolçulardan birinin kimliyi dəqiqləşib.

"Mediasport"a verilən məlumata görə, qərb təmsilçisi mövsüm başa çatan kimi Anton Kraçkovskini yola salacaq.

Məşqçilər korpusu qışda Rusiyanın "Dinamo" (Mahaçqala) klubundan icarəyə götürülmüş yarımmüdafiəçi barəsində ümidləri doğrultmadığına dair yekun raport qəbul edib.

Baş məşqçi Kurban Berdıyevin güvənmədiyi 23 yaşlı rusiyalı geridə qalan müddətdə cəmi 3 matçda meydana çıxıb və ümumilikdə 30 dəqiqədən bir qədər çox oynayıb.