Şükürov "Şamaxı"ya 1:6 hesablı məğlubiyyət haqda nə danışdı?

Şükürov "Şamaxı"ya 1:6 hesablı məğlubiyyət haqda nə danışdı?

"Boşluqlarımız çoxdur. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis "Şamaxı" ilə keçirdikləri yoxlama matçı haqda danışıb:

"Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək.

Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdırlar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər.

Rəhbərliyin də ilk planlarından biri odur ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq".

Xatırladaq ki, Gəncə klubu "Şamaxı"ya 1:6 hesabı ilə uduzub.