Azərbaycan Premyer Liqasında 14-cü turun oyunu yarımçıq qaldı

Azərbaycan Premyer Liqasında 14-cü turun oyunu yarımçıq qaldı

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Qəbələ” - “Turan Tovuz” oyunu yarımçıq dayandırılıb.

“Mediasport” xəbər verir ki, 23-cü dəqiqədən etibarən qatı duman səbəbindən qarşılaşmaya qeyri-müəyyən müddətə ara verilib.

Görüşün baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.  

Duman çəkilməsə, matç başqa vaxta təyin ediləcək.