"İmişli" "Araz-Naxçıvan"la "sülh" bağladı, "Sabah" "Kəpəz"i məğlub etdi

 "İmişli" "Araz-Naxçıvan"la "sülh" bağladı, "Sabah" "Kəpəz"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün ilk tur matçları keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Bir görüş Qəbələdə, digəri paytaxtda reallaşıb.

Tura avqustun 17-də yekun vurulacaq.

Xatırladaq ki, açılış duelində "Turan Tovuz" evdə "Qəbələ"ni məğlub edib (1:0).


Azərbaycan Premyer Liqası. 1-ci tur


“Araz-Naxçıvan” – “İmişli” 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev

VAR: Nicat İsmayıllı 

AVAR: Tərlan Talıbzadə

Hakim-inspektor: İmanxan Sultani 

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu, 18:30


“Sabah” – “Kəpəz” 2:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rauf Cabarov  

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Asim Xudiyev 

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”, 20:45