Premyer Liqada 200-cü oyun

  Premyer Liqada 200-cü oyun

"Zirə" Azərbaycan Premyer Liqasının 31-ci turunda "İmişli" ilə qarşılaşıb (0:0).

"Mediasport" xəbər verir ki, qolsuz bərabərliklə yekunlaşan matç qəsəbə təmsilçisinin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

O, çempionatda 200-cü oyununa çıxıb. Gürcüstanlı legioner “İmişli” ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.

Debütü 2018/19 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, "Qəbələ"də 27 (7 qol), "Sabah"da 63 (16 qol), "Zirə"də 110 (37 qol) matçın iştirakçısı olub.

Xatırladaq ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub.