"Azərbaycan derbisi" üçün satışa çıxarılan biletlərin hamısı satıldı
Noyabrın 9-da Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” oyununda anşlaq olacaq.
"Mediasport" xəbər verir ki, matç üçün biletlərin hamısı satılıb.
Ağdam klubundan verilən məlumata görə, 5800 nəfərlik "Azərsun Arena"da əsl futbol ab-havası yaşanacaq.
Xatırladaq ki, görüş saat 18:44-də start götürəcək.
