Azərbaycan idmançısı dünya çempionatında 91-ci yeri tutdu

 Azərbaycan idmançısı dünya çempionatında 91-ci yeri tutdu

Danimarkanın paytaxtı Kopenhagendə atletika üzrə dünya çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anna Yusupova turnirdə uğursuz nəticə ilə yadda qalıb.

Şose qaçışı yarışına qatılan təmsilçimiz 1:19:19 nəticə ilə ümumi sıralamada 91-ci olub.

O, DÇ-də şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.