"Turan Tovuz"da növbəti ayrılıq - Bu dəfə legioner getdi

"Turan Tovuz"da növbəti ayrılıq - Bu dəfə legioner getdi

"Turan Tovuz" daha bir futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Filip Ozobiçlə yolları ayırıb.

Xorvatiya əsilli yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Azərbaycan millisinin sabiq üzvü başa çatan mövsüm Premyer Liqada 27 oyun keçirib, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, tovuzlular onadək kapitan Şəhriyar Əliyevlə əməkdaşlığı uzatmayıblar.