"İmişli"də yeni müqavilə - RƏSMİ
"İmişli" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi qapıçı İmam Əli ilə 2+1 illik sözləşmə imzalayıb.
Gənc qolkiper 2025-ci ilin yayında bölgə klubuna keçib.
Xatırladaq ki, "İmişli" buna qədər İdris İnqilablı ilə müqaviləni yeniləyib.


