Respublika İdman Olimpiadası: Badminton yarışları başlandı
Azərbaycanda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçirilir.
"Mediasport" xəbər verir ki, bu gün 1 nömrəli idman liseyinin nəzdindəki badminton zalında badminton üzrə yarışlara start verilib.
7 idman məktəbindən ümumilikdə 129 badmintonçunun qatıldığı yarış 4 gün davam edəcək.
68 oğlan və 61 qız iştirakçı şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında qalibi müəyyənləşdirəcək.
Məktəblilərin Respublika İdman Olimpiadasında badminton yarışının 5 kateqoriya üzrə finalları iyunun 24-də keçiriləcək.


