"Zirə" Türkiyədə İordaniya Pro Liqası klubuna da qalib gəldi

 "Zirə" Türkiyədə İordaniya Pro Liqası klubuna da qalib gəldi

Avropa Konfrans Liqası hazırlığını Türkiyədə davam etdirən "Zirə" növbəti yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası İordaniyanın Pro Liqa təmsilçisi "Əl Hüseyn"lə qarşılaşıb.

Görüş "qartallar"In minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.

Xatırladaq ki, yay toplanışı çərçivəsində Bakıda "Qarabağ"a uduzan (0:4) "Zirə" Türkiyədə 1-ci Liqa klubu “Ankara Keçiörəngücü”nü məğlub edib (2:1).

Bakıllılar iyulun 23-də KL-in ikinci təsnifat mərhələsinin ilk matçı çərçivəsində Bakıda Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcəklər.