"Səbail"də yeni baş məşqçinin kimliyi müəyyənləşdi - FOTO

"Səbail"də yeni baş məşqçinin kimliyi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, komandanı mövsümün sonuna qədər Elvin Məmmədov çalışdıracaq.
Məmmədov dünən istefaya göndərilən Cavid Hüseynovun köməkçisi olub.
Qeyd edək ki, Bayıl təmsilçisi Premyer Liqada sona 9 tur qalmış 18 xalla axırıncı pillədə qərarlaşıb.