Elmar Baxşıyev: "Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu"

Elmar Baxşıyev: "Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu"

“Trabzonspor” haqda geniş danışmaq artıqdır. Superliqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək".

"Mediasport" xəbər verir ki, bu sözləri Türkiyə toplanışında son matçını keçirən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis yoxlama oyununda Super Liqa klubu "Trabzonspor" üzərində 3:2 hesablı qələbə haqda danışıb:

“Bu Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. 

Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar.

Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspor"a məğlub olub - 1:2. Komanda iyulun 19-da Bakıya dönəcək və KOnfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə ilk görüşünə hazırlaşacaq.

İlk qarşılaşma iyulun 24-də Bakıda, cavab dueli iyulun 31-də Salonikidə baş tutacaq.