"İnsanlar necə böyük komandanı mübarizədən kənarlaşdırdığımızı anlayırmı? - XRİSTO YANEV
"Bilmirəm, insanlar necə böyük komandanı mübarizədən kənarlaşdırdığımızı anlayırmı? Qarşı tərəfdə 17 illik təcrübəyə malik baş məşqçi və ötən mövsüm “Benfika”ya qalib gəlmiş, “Çelsi” ilə heç-heçə etmiş komanda var idi".
"Mediasport" xəbər verir ki, bu sözləri Bolqarıstanın ÇSKA klubunun baş məşqçisi Xristo Yanev deyib.
Mütəxəssis UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmalarından danışıb:
"Bizə azarkeşlərin dəstəyi lazımdır və onlara təşəkkür edirəm. Burada söhbət motivasiyadan yox, komandanın taktiki savadından gedir. Məşqçi heyətimi təbrik edirəm.
Rəqibi təhlil etmək və ona qarşı düzgün mübarizə aparmaq üçün çox çalışdıq. Göstərmək istəyirdik ki, gördüyümüz iş o qədər də pis deyil. Mənə qalan yeganə şey inamdır.
Bəzən onu itirir və bu vəziyyətin öhdəsindən gəlib-gəlməyəcəyimiz barədə tərəddüd edirəm. Amma ümidsiz deyiləm. Nəyə qadir olduğumu bilirəm".
Xatırladaq ki, hər iki matçda və əlavə vaxtda 0:0 hesabı qeydə alınıb. Bolqarlar mərhələni penaltilər seriyasında daha dəqiq oynayaraq keçiblər.


