Məşhur azərbaycanlı haqsızlığa görə karyerasını başa vurdu

Məşhur azərbaycanlı haqsızlığa görə karyerasını başa vurdu

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə karyerasını başa vurub.

"Mediasport" xəbər verir ki, 34 yaşlı idmançı qərarını “Glory” döyüş gecəsində açıqlayıb.

O, ikinci dəfə hakimlərin ədalətsiz qərarı ilə üzləşdiyinə görə kikboksdan getdiyini elan edib.

Xatırladaq ki, Rəcəbzadə gecədə mərakeşli Tarik Xbabezə məğlub olub.

İdmançı indiyədək keçirdiyi 77 döyüşün 72-də qələbə qazanıb. Bunlardan 64-ü nokautla qeydə alınıb.