"Qarabağ"dan sevindirici xəbər: Elvin kollektiv məşqlərə başladı

 "Qarabağ"dan sevindirici xəbər: Elvin kollektiv məşqlərə başladı

Uzun müddətdir zədəli olan Elvin Cəfərquliyev “Qarabağ”la kollektiv məşqlərə başlayıb.

"Mediasport" xəbər verir ki, avqustun sonlarından yaşıl meydanlardan kənarda qalan müdafiəçi bu gün komanda ilə məşqə çıxıb.

Cəfərquliyev "Turan Tovuz"la 11-ci tur oyununun hazırlığında iştirak edib.

Zədədən sonra bərpa prosesini uğurla keçən Elvinin noyabrın sonlarına qədər sıraya dönəcəyi gözlənilir.