"Qəbələ"dən mövsümün ilk transferi

"Qəbələ"dən mövsümün ilk transferi

"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.

"Mediasport" xəbər verir ki, "qırmızı-qaralar" Fil Dişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb. 

27 yaşlı futbolçu son olaraq Maltanın "Floriana" klubunda çıxış edib.

O, buna qədər "Vesterlo" (Belçika), "UTA Arad" (Rumıniya), "Hapoel Hadera", "Hapoel Rişon LeZion" (hər ikisi İsrail) komandalarının formasını geyinib.