Beynəlxalq qaydalara əsasən "Qarabağ"ın oyunu təxirə salındı

2025-26 mövsümündə Azərbaycan Premyer Liqasının 1-ci turunun "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.
"Mediasport" xəbər verir ki, komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən, matç başqa vaxta təyin ediləcək.
Görüşün hansı tarixdə baş tutacağı hələlik açıqlanmayıb. Oyunun avqustun 17-si, saat 18:30-da keçirilməsi nəzərdə tutulmuşdu.
"Bayquşlar" sabah saat 20:00-da UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"ni qəbul edəcək.