Premyer Liqaya vəsiqəni Tural Qurbanov müəyyən edəcək
2026/2027-ci illər mövsümündə Premyer Liqada iştirak üçün pley-offda üz-üzə gələcək "Qəbələ" və "Mingəçevir" komandalarının qarşılaşmasına hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, həlledici görüşü FİFA referisi Tural Qurbanov icra edəcək.
Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq matç elitaya vəsiqənin taleyini müəyyənləşdirəcək.
Azərbaycan Premyer Liqası / 1-ci Liqa. Pley-off
18:30 "Qəbələ" - "Mingəçevir"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
"SOCAR Polymer Arena"


