Tofiq Musayev UFC-də növbəti qələbəsini nokautla qazandı

Tofiq Musayev UFC-də növbəti qələbəsini nokautla qazandı

Azərbaycanlı döyüşçü Tofiq Musayev UFC-də növbəti görşünü keçirib.

"Mediasport" xəbər verir ki, 37 yaşlı idmançı "Fight Night" turniri çərçivəsində slovakiyalı Lüdovit Kleynlə qarşılaşıb.

Serbiyanın paytaxtı Belqradda keçirilən döyüş Musayevin ikinci raundda texniki nokautu ilə yekunlaşıb.

Bu, təmsilçimizin UFC turnirində ikinci qələbəsi olub.

O, daha əvvəl martın 28-də "UFC Fight Night 271" turnirində Çili idmançısı İqnasio Bahamondesi məğlub edib.