Azərbaycanın FİFA referisi Avropa çempionatının final mərhələsində

 Azərbaycanın FİFA referisi Avropa çempionatının final mərhələsində

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Qitə birinciliyi mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.