Emin Mahmudov: "Sabah sözümüzü meydanda deməyə çalışacağıq"

Emin Mahmudov: "Sabah sözümüzü meydanda deməyə çalışacağıq"

"Milli komandamız İslandiya ilə matça ciddi hazırlaşıb. Bizi sabah ağır oyun gözləyir. Bura qələbə üçün gəlmişik".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov deyib.

O, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə oyunundan öncə baş tutan mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:

"Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq".

Xatırladaq ki, İslandiya - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.