Bu xəbər "Turan Tovuz" klubunu və tərəfdarlarını ÇOX MƏYUS EDƏCƏK

Premyer Liqada son turlar işləri qaydasında getməyən "Turan Tovuz" daha bir xəbərə məyus olub.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi mövsümün sonunadək əsas kapitan Şəhriyar Əliyevin də xidmətindən istifadə edə bilməyəcək.
Qış fasiləsindən sonra - "Qarabağ"la görüşdən əvvəl məşqdə zədə alan təcrübəli müdafiəçi yenidən Türkiyəyə yollanıb.
Burada həkimlər ona azı 3 həftəlik müalicə kursu yazıblar.
Qeyd edək ki, Tovuz klubu müdafiə xəttində uzun müddətdir ciddi itkilər yaşayır. Ayağı qırılan cinah müdafiəçisi Denis Marandiçinin ardından ikinci kapitan - mərkəz müdafiəçisi Roderik Miller də sıradan 2 aya yaxındır sıradan çıxıb.
Moldovalı komandaya yayda qoşulacaqsa, panamalının, nəhayət, növbəti turlarda geri qayıdacağı gözlənlir.