Kamilo Duran sabah "Sabah"la görüşdə meydana çıxa biləcək
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la səfər oyununda zədələnən Kamilo Duranın vəziyyətinə aydınlıq gətirilib.
"Mediasport" xəbər verir ki, kolumbiyalı vingerin zədəsi ciddi deyil.
24 yaşlı futbolçu komanda ilə məşqlərə başlayıb.
Onun sabah Premyer Liqanın 22-ci turunun "Sabah"la görüşündə meydana çıxacağı gözlənilir.
Xatırladaq ki, Duran İngiltərədə keçirilən qarşılaşmanın ikinci hissəsində zədələnərək meydanı tərk etmişdi.
