"Neftçi"nin sabiq hücumçusu Birləşmiş Ərəb Əmirliklərində

2022/2023-cü illər mövsümünün ikinci yarısında "Neftçi"də forma geyinmiş Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu "Əl Vəsl" klubuna transfer olunub.
Qeyd edək ki, 25 yaşlı forvard icarə əsasında oynadığı "Neftçi"də 17 matç keçirib, 5 qol vurub.