"Qarabağ" bir neçə oyunçusunu İspaniya klubuna təlimə göndərir

"Qarabağ" bir neçə oyunçusunu İspaniya klubuna təlimə göndərir

“Qarabağ” Futbol Akademiyasının bir neçə oyunçusu İspaniyanın “Levante” klubunda təcrübə keçə bilər.

"Mediasport" xəbər verir ki, bu barədə "Azərtac"a akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bəzi oyunçuların “Levante”nin akademiyasında ödənişli təlimlərə qatılması gündəmdədir:

“Bildiyiniz kimi, “Levante” ilə əməkdaşlığımız genişlənir. İspaniya klubu ilə bəzi planlar üzərində işləyirik.

Onlardan biri ödənişli kurslardır. Akademiyamızdan həmin kurslara qatılmaq istəyən futbolçular olsa, onların qarşısı alınmayacaq. Biz çalışırıq ki, yerli oyunçular Avropaya getsinlər. Bunun üçün onlara şərait yaradacağıq”.