Azərbaycan millisinin üzvü Avropa çempionu adını qazandı
Azərbaycan karateçisi Babək Qələmzadə Rumıniyada keçirilən fudokan üslubu üzrə 28-ci Avropa çempionatında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz böyüklər arasında mütləq çəki dərəcəsində qitə çempionu olub.
Böyüklərin Avropa çempionatı, həmçinin yeniyetmə və gənclər arasında Avropa Kuboku yarışı sabah yekunlaşacaq.
Komandalarımız qitə turnirlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mübarizə aparırlar.
