Azərbaycan karateçiləri Moldovada 6 medal qazandılar

 Azərbaycan karateçiləri Moldovada 6 medal qazandılar

Azərbaycan karateçiləri Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş “Chisinau Karate Open Grand Prix” beynəlxalq turnirində uğurlur nəticələrlə yadda qalıblar.

"Mediasport" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan Elnur Qasımzadə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Hikmət Ağayev 60 (kq) və Əliəkbər Əlizadə (75 kq) gümüş mükafata yiyələniblər.

Osmanov Şaiq (75 kq), Sahibli Sahib (84 kq) və Hüseynli Elmin (84 kq) isə üçünü yeri tutublar.