Azərbaycan yığma komandalarında yeni məşqçi təyinatı reallaşdı
Karate üzrə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisinə məşqçi təyinatı olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə yığmalara köməkçi məşqçi təyin edilib.
Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.
