Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

Azərbaycan karateçiləri Almaniyanın Leypsiq şəhərində İFK kyokuşin üzrə 7-ci dünya çempionatında uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, komandamızın üzvləri mundialda dörd medal qazanıblar.
Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc mükafata yiyələniblər.