Yığmamızın üzvləri Bakıda Azərbaycan rekorduna imza atdı
Bakıda üzgüçülük üzrə Dünya Kuboku davam edir.
"Mediasport" xəbər verir ki, Bakı Su İdmanı Sarayında ikinci yarış günündə Azərbaycan təmsilçiləri 8 növdə mübarizə aparıblar.
Yeqor Maynitski 200 metr məsafəyə qarışıq növdə 2:03,69, Anastasiya Boborıkina 100 metr məsafəyə brass üsulu ilə yarışda 1:15,32 nəticə göstərərək Azərbaycan rekorduna imza atıblar.
Yeqor Maynitski, Ramal Sadıqlı, Amin Oruclu və Fərhad Şirməmmədli isə müxtəlif məsafələrdə şəxsi rekordlarını yaxşılaşdırıblar.
Saat 18:00-da başlanacaq axşam seansında Azərbaycanı Fatimə Alkərəmova təmsil edəcək. İdmançımız 400 metr məsafəyə qarışıq üsulla yarışda çıxış edəcək.
Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 44 ölkədən 216 üzgüçü qatılıb.

