Azərbaycan karateçiləri Moldovada 8 qızıl, 3 bürünc medal qazandılar

Azərbaycan karateçiləri Moldovada 8 qızıl, 3 bürünc medal qazandılar

Azərbaycan idmançıları Moldovada təşkil olunan açıq beynəlxalq karate turnirində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz yarışda 8-i qızıl olmaqla, 11 medal (3 bürünc) qazanıblar.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, turnirdə Günay Ramazanova (61 kq), Gülşən Ramazanova (55 kq), Aysu Tarverdi (61 kq), Leyla Karimzadə (50 kq), Fatimə Hüseynli (42 kq), Raul Abdulov (45 kq), İsmayıl Paseyev (40 kq) və Davud Əliyev (45 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Davud İsmayılov (40 kq), Murad Abdulov (40 kq) və Sadiq İbrahimov (35 kq) üçüncü olublar.