Premyer Liqada qala bilmədi, daha bir legioneri düşərgəni tərk etdi
Daha bir futbolçu "Karvan-Yevlax"la vidalaşıb.
"Mediasport" xəbər verir ki, qapıçı Pedro Mateuşla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Əlcək sahibi başa çatan mövsümdə bölgə təmsilçinin heyətində 20 oyun keçirib.
Xatırladaq ki, Premyer Liqadan düşən aranlıları daha əvvəl Kayl Spens tərk edib.


