"Neftçi" - "Sabah" qarşılaşmasının biletləri 2 manatdan satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 4-cü turunun mərkəzi qarşılaşması "Neftçi" və "Sabah" arasında "Palms Sports Arena" keçiriləcək.
"Mediasport" xəbər verir ki, sentyabrın 14-ü saat 19:00-da keçiriləcək matçın biletləri satışa çıxarılıb.
Qiyməti 2 ("Şərq 1", "Şərq 2", "Forza", "Qərb 2" sektorları), 3 ("Cənub üst", "Şimal 1", "Şimal 2" sektoru), 5 ("Cənub alt" sektorları), 15 ("VIP Silver" sektoru) və 20 ("VIP Gold" sektoru) manat olan biletləri https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.