"Turan Tovuz"la yeni müqavilə bağladı, paylaşımla təşəkkür etdi

"Turan Tovuz”la müqaviləmi artırdığım üçün çox şadam. Mənə olan güvənə görə kluba minnətdaram.
"Mediasport" xəbər verir ki, bu fikirlər "Turan Tovuz" müdafiəçisi Roderik Millerə məxsusdur.
Qərb təmsilçisi ilə yeni anlaşmaya qol çəkən Panama millisinin üzvü sosial şəbəkə hesabında paylaşım edib:
"Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inam mənim yolum üçün daha bir addımdır".
Xatırladaq ki, Tovuz klubu 2023-cü ildən heyətdə olan Millerlə 1+1 illik yeni müqavilə imzalayıb.
Şimali amerikalının əvvəlki sazişi 2026-cı il iyunun 30-na qədər idi.