"Kəpəz"in rəqibləri müəyyənləşdi
"Kəpəz" yay toplanışı çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
"Mediasport" xəbər verir ki, Azər Məmmədovun baş məşqçisi olduğu komanda iyulun 14-də "Qəbələ" ilə qarşılaşacaq.
"Sarı-göylər" iyulun 20-də "Şamaxı", 26-da isə "Sumqayıt"la üz-üzə gələcək.
"Qəbələ" və "Sumqayıt"a qarşı oyunlar Qəbələ şəhər stadionunda keçiriləcək.
"Şamaxı"ya qarşı keçiriləcək oyun isə Şamaxıda baş tutacaq.


