"Turan Tovuz" "Araz-Naxçıvan"la vacib qarşılaşmaya itkilərlə çıxacaq

"Turan Tovuz" bu gün Premyer Liqanın 31-ci turunun "Araz-Naxçıvan"la görüşünə itkilərlə çıxacaq.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi səfər matçında 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Yanvardan bu yana zədəli olan kapitan Şəhriyar Əliyev və Denis Marandiçidən başqa, Rüfət Əhmədov da meydana çıxmayacaq.
Veysəl Rzayevin isə klub tərəfindən cəzalı olduğu üçün oynamayacağı gözlənilir.
Xatırladaq ki, ötən tur "Sabah"la dueldə qırmızı vərəqə alan tovuzluların baş məşqçisi Kurban Berdıyev də qarşılaşmanı kənardan izləyəcək.
Mərdəkanda keçiriləcək matç saat 19:00-da başlanacaq.