"Qarabağ"ın üzvü Almaniya və İtaliyada səfərdə oldu - FOTO
"Qarabağ"ın idman qidalanması və performansı üzrə mütəxəssisi Dr. İlqar Şamilov Almaniya və İtaliyaya rəsmi işgüzar səfər edib.
"Mediasport" xəbər verir ki, səfər çərçivəsində İtaliya Milli Olimpiya Komitəsinin (CONI) Baş Qərargahında qurumun rəhbər və professor-müəllim heyəti ilə görüşlər keçirilib.
Həmçinin COSMED, "Medical Park Borussia Mönchengladbach", "Z-Konzept HQ" və "Milon & Five Group" mərkəzlərində peşəkar idman elmi, performans texnologiyaları və müasir hazırlıq sistemləri üzrə təcrübə mübadiləsi aparılıb.
Görüşlər çərçivəsində zədə profilaktikası, müasir diaqnostika metodları, dataya əsaslanan performans idarəçiliyi və idmançıların inkişafına yönəlmiş qabaqcıl yanaşmalar öyrənilib.
Bununla yanaşı, gələcəkdə klubumuzda ən müasir İdman Performans Laboratoriyası ("Sport Performance Lab") konsepsiyasının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.




