Klublarımızın avrokubokların qruplarında rəqibləri məlum oldu
Minifutbol üzrə Çempionlar Liqası və Avropa Kubokunda mübarizə aparacaq Azərbaycan komandalarının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, ÇL-də təmsilçilərimizdən "Birbaşa Bakı" E qrupunda "Real Çoholiks" (Slovakiya), "Çikaqo Bandur" (Macarıstan) və "Ardeleni" (İngiltərə) kollektivləri ilə yarışacaq.
"Aznur"un rəqibləri F qrupunda "The Private Ruftop" (Macarıstan), "Sokil" (Polşa) və "Bukovina Badeuti" (İngiltərə) komandaları olacaq.
"Zirə" G qrupunda "Qrupo Roxu" (İspaniya), "Hanspaulka" (Çexiya) və "Krayina" (Bosniya və Herseqovina) ilə mübarizə aparacaq.
Avropa Kubokuna qatılacaq "Buxar Sumqayıt" isə G qrupunda Çexiyanın "Abus Qastro Yihlava", Polşanın "Aldaç 442 Sport Pub", Bosniya və Herseqovinanın "Delinq İkons Lukavaç" klubları ilə üz-üzə gələcək.

