Kurban Berdiyev: "Əlimizə düşən imkanlardan yararlana bilmədik"

Kurban Berdiyev: "Əlimizə düşən imkanlardan yararlana bilmədik"

"Bərabərsəviyyəli komandaların oyununda həlledici qollar əsas rol oynayır. Standartda və ya bəzi epizodda konsentrasiya itirilir, diqqətsizlik olur. Təəssüf ki, künc zərbəsindən sonra qol buraxdıq. Əlimizə düşən imkanlardan da yararlana bilmədik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 2-ci turunun "Araz-Naxçıvan"la matçından sonra (1:2) jurnalistlərin suallarını cavablandırıb:

Serrano ötən mövsüm komandanın əsas açar futbolçusu idi. Bu mövsüm ilk turda əsas heyətdə meydana buraxmamışdınız. O, əsas heyətdə oynamağa nə vaxt hazır olacaq?

- Biz onu, Filip Ozobiçi, Enrikeni də gözləyirik. İbrahima Vadji 90 dəqiqə oynamağa da hazır deyil. Toplanış keçməyiblər. Ümidvaram ki, növbəti turlarda oynayacaqlar.

Denis Marandiçinin son durumu nə yerdədir?

- Denis təkrar əməliyyat edilib. Allaha şükür, uğurlu alındı. Əsa ilə yeriyir. Yavaş-yavaş ayağının üstünə basa bilir. Qışdan sonra sıralara qoşulacaq. 

Oyunun sonundakı heyət növbəti turlarda əsas heyət olaraq meydana çıxa bilər?

- Biz onları elə oynamaq üçün dəvət etmişik. Əgər funksional işlək formada olsalar, start heyətində olacaqlar. Ola bilər ki, sistemi dəyişək.

Çempionluğa iddialı "Turan Tovuz"u nə vaxt hazır görə bilərsiz?

- Çempionat yeni başlayıb. Mövsümün sonunda baxacağıq.

Komandaya yeni oyunçular dəvət olunacaq?

- Axtarırıq. Vaxt azdır.