Konfrans Liqasında 2025/2026 mövsümü iki matçla başlandı

 Konfrans Liqasında 2025/2026 mövsümü iki matçla başlandı

UEFA Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümü başlanıb.

"Mediasport" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki matç baş tutub.

Bir qarşılaşma Cəbəllütariqdə, digəri Maltada reallaşıb.

Cavab duelləri bir həftə sonra keçiriləcək.

Azərbaycanın yarışdakı təmsilçiləri - "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə 2-ci raunddan start verəcəklər.


UEFA Avropa Konfrans Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar


"Sent Jozefs" (Cəbəllütariq) - "Kliftonvil" (Şimali İrlandiya) 2:2

"Floriana" (Malta) - "Haverforduest" (Uels) 2:1