Konfrans Liqasında 2025/2026 mövsümü iki matçla başlanacaq

Konfrans Liqasında 2025/2026 mövsümü iki matçla başlanacaq

Bu gün UEFA Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümü başlanacaq.

"Mediasport" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki matç baş tutacaq.

Bir qarşılaşma Cəbəllütariqdə, digəri Maltada reallaşacaq. Cavab duelləri bir həftə sonraya nəzərdə tutulub.

Azərbaycanın yarışdakı təmsilçiləri - "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə 2-ci raunddan start verəcəklər.


UEFA Avropa Konfrans Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar


20:00 "Sent Jozefs" (Cəbəllütariq) - "Kliftonvil" (Şimali İrlandiya)

21:30 "Floriana" (Malta) - "Haverforduest" (Uels)