UEFA Avropa Konfrans Liqasında da sevinən İngiltərə təmsilçisi oldu

UEFA Avropa Konfrans Liqasında da sevinən İngiltərə təmsilçisi oldu

UEFA Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qitənin üçüncü klub yarışının final qarşılaşması Almaniyanın Leypsiq şəhərində keçirilib.

İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandalarının dueli kifayət qədər maraqlı alınıb.

İtalyan Maurisio Marianinin idarə etdiyi oyun britaniyalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu ikinci hissədə fransalı Jan-Filip Mateta vurub.

Beləliklə, "Kristal Pelas" tarixində ilk dəfə avrokubokların qalibi olub.

Xatırladaq ki, bu mövsüm UEFA Avropa Liqasını da İngiltərə təmsilçisi ("Aston Villa") qazanıb.

Ümumilikdə krallıq ölkəsi mayın 30-da isə cari mövsüm üçün avrokuboklarda het-trik edə bilər: Çempionlar Liqasının finalında PSJ ilə "Arsenal" üz-üzə gələcək.