Bu gecə UEFA Avropa Konfrans Liqasının qalibi müəyyənləşəcək

 Bu gecə UEFA Avropa Konfrans Liqasının qalibi müəyyənləşəcək

Dünya futbolunun azarkeşləri daha bir avrokubok finalını bu axşam izləyəcəklər.

"Mediasport" xəbər verir ki, "köhnə qitə"nin səviyyəcə 3-cü klub yarışı sayılan UEFA Avropa Konfrans Liqasının finalı baş tutacaq.

Polşanın ev sahibliyi edəcəyi görüş Vroxlav stadionunda reallaşacaq.

İngiltərənin "Çelsi" və İspaniyanın "Betis" kollektivlərindən biri tarixində ilk dəfə Konfrans Liqasının qalibi olacaq.


Avropa Konfrans Liqası. Final


23:00 "Betis" (İspaniya) - "Çelsi" (İngiltərə)

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

Polşa, Vroxlav stadionu.