"Sabah" - "Qarabağ" oyunu millimizə görə təxirə salındı
Futbol üzrə Əvəzedicilər Liqasında bir oyun təxirə salınıb.
"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan U-19 milli komandasının Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə AFFA-nın müraciəti, klubların razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə Əvəzedicilər Liqasının 9-cu turunun 8 noyabrda baş tutmalı olan “Sabah” – “Qarabağ” matçı başqa vaxt keçiriləcək.

