Litva səfiri "Qarabağ" və Qurban Qurbanova dəstəyini bildirdi
"Ötən gecə "Qarabağ" qələbə qazanmasa da, bir nəticə bu komandanın artıq nail olduqlarını heç cür kiçildə bilməz".
"Mediasport" xəbər verir ki, bu fikirlər Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçusə məxsusdur.
Diplomat UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandıran Ağdam klubuna dəstəyini ifadə edib.
Səfir bu barədə sosial şəbəkə hesabında post paylaşıb:
"Qarabağ"a və uzun illər ərzində komandaya rəhbərlik edərək Avropa arenasında unudulmaz qələbələr qazandıran, Azərbaycanın futbol mədəniyyətinə böyük töhfə verən baş məşqçi Qurban Qurbanova böyük hörmətimi bildirirəm. Belə bir irs həmişəlik qalır".
Xatırladaq ki, ardıcıl 12 ildir avrokuboklarda əsas mərhələyə vəsiqə qazanan "Qarabağ" bu dəfə pley-offda Niderlandın "Tvente" klubuna iki oyun və əlavə vaxtın nəticəsinə əsasən 2:4 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb.


