"Qarabağ" Medinanı yola saldı
Xəbər verdiyimiz kimi, "Qarabağ" Kevin Medina ilə yollarını ayırıb.
"Mediasport"un məlumatına görə, Ağdam təmsilçisi xəbəri rəsmən açıqlayıb.
33 yaşlı müdafiəçi 2020-ci ildən "atlılar"ın formasını geyinirdi.
Kolumbiyalı 2025/2026 mövsümündə ümumilikdə 42 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
View this post on Instagram


