APL: “Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışa çıxarıldı

Avqustun 29-da Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Neftçi” - “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
“Palms Sports Arena”da baş tutacaq qarşılaşma 20:30-da başlanacaq.